Mojo.az — elanlar
RU
Bakı
RU
Son Xəbərlər
19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

AZANS yüksək beynəlxalq tələblərə sadiq olduğunu bir daha təsdiqlədi

08.06.2021 13:07 1 989
AZANS yüksək beynəlxalq tələblərə sadiq olduğunu bir daha təsdiqlədi
“Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verdiyini uğurla təsdiq edib.

AZANS ISO 9001: 2008 (keyfiyyətin idarə edilməsi sistemi) beynəlxalq standartına uyğunluğunu təsdiqləyərək yenidən sertifikatlaşdırma üzrə auditdən keçib. ICAO tələblərinə uyğun olaraq həyata keçirilən audit sınaq, təftiş və sertifikatlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınmış və müstəqil ekspert - Almaniyanın DQS şirkəti tərəfindən aparılıb. Həmin audit şirkəti Avropada aviaşirkətlərə xidmət göstərilməsi üzrə liderlərdən biri hesab edilən Almaniyanın DFS aeronaviqasiya təchizatçısının sertifikatlaşdırma orqanıdır. Audit AZANS HHİ-də keyfiyyətin idarə edilməsi sisteminin işini, əvvəlki yenidən sertifikatlaşdırma dövründə olduğu kimi, bir daha yüksək qiymətləndirib.

Qeyd etməliyik ki, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün əsas imkanlardan biri IATA ilə birlikdə Azərbaycanın hava məkanında üç səviyyəli uçuşların təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi olub.

COVID-19 pandemiyası səbəbindən aviasiya sənayesində baş verən böhrana baxmayaraq, “Azəraeronaviqasiya” HHİ mülki aviasiya uçuşlarının təhlükəsizliyini lazımi səviyyədə təmin etmək üçün böyük səylər göstərib. AZANS, həmçinin Azərbaycanın hava məkanının istifadəçiləri üçün aeronaviqasiya xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edib.

Son xəbərlər