Mojo.az Banner
13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Hər gün dövlət informasiya sistemlərinə qarşı DDoS hücumlar edilir

27.02.2026 20:12 477
Hər gün dövlət informasiya sistemlərinə qarşı DDoS hücumlar edilir
Demək olar ki, hər gün dövlət informasiya sistemlərinə qarşı DDoS hücumları qeydə alınır və mərkəzləşdirilmiş müdafiə mexanizmləri ilə zərərsizləşdirilir.

Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə 1 Gbps və daha yüksək həcmli 18 güclü DDoS hücumu aşkarlanaraq qarşısı alınıb.

“Hücumlar mərkəzi avadanlıqlar vasitəsilə filtrasiya olunduğundan dövlət qurumlarının sistemlərində xidmət fasilələri yaranmayıb. Dövlət qurumlarına yalnız təmizlənmiş trafik ötürülür və hücumlar istifadəçilər tərəfindən hiss olunmur.

Dövlət qurumlarına qarşı yönəlmiş fişinq və APT hücumların aşkarlanması üçün mərkəzləşdirilmiş mexanizmlər tətbiq edildiyini deyən idarə rəisi onu da əlavə edib ki, ötən il ərzində 850-yə yaxın APT indikatoru aşkarlanaraq bloklanıb: “Onlardan 372-si XRİTDX-nin analitikləri tərəfindən müəyyən edilib, 478 indikator isə dövlət qurumlarından daxil olan məlumatlar əsasında zərərsizləşdirilib. “BlackRiskWatch” platforması vasitəsilə fişinq saytları, saxta resurslar və hücum indikatorları ictimaiyyətə açıq şəkildə paylaşılır. Bu platforma dövlət və özəl sektor tərəfindən inteqrasiya üçün istifadəyə açıqdır. 2025-ci ildə dövlət qurumları adından yaradılmış 40 saxta domen aşkarlanaraq bloklanıb”, - deyə idarə rəisi əlavə edib.скачать dle 11.3
Mojo.az Banner