Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bəzi ölkələrlə viza rejimi sadələşdirilə bilər

27.02.2026 17:25 381
Bəzi ölkələrlə viza rejimi sadələşdirilə bilər
Dövlət Turizm Agentliyi tərəfindən irəli sürülmüş təklif əsasında birtərəfli vizasız rejimin tətbiqi ilə bağlı layihə icra olunur və 15 fevral tarixindən etibarən 4 ölkə üzrə müvəqqəti birtərəfli vizasız rejim qüvvəyə minib. Bu ölkələr əsasən ərəb dövlətləridir.

Bunu Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

İdarə rəisi bildirib ki, layihənin davam etdirilməsi nəzərdə tutulur və yaxın müddətdə yeni ölkələrin də bu siyahıya əlavə olunması istiqamətində iş aparılır:

“Əsas məqsəd Azərbaycanın dost və strateji tərəfdaş ölkələrlə münasibətlərində vizasız və ya sadələşdirilmiş rejimi tətbiq etmək, miqrasiya riski olmayan turist axınını artırmaq, eyni zamanda qarşılıqlı maraqları təmin etməkdir”.

E.Səfərov xatırladıb ki, son dövrlərdə bir sıra ölkələrlə viza rejimi sadələşdirilib:

“Bu kontekstdə xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Çin Xalq Respublikası, Serbiya və Mərakeşlə tətbiq olunan mexanizmləri qeyd etmək olar. Hazırda onlarla ölkə ilə danışıqlar davam etdirilir. Bu proses yalnız dost və tərəfdaş dövlətlərlə aparılır və burada həm daxili, həm də xarici siyasət maraqları, milli təhlükəsizlik və miqrasiya məsələləri nəzərə alınır".скачать dle 11.3
Mojo.az Banner