Mojo.az Banner
12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindiriliblər

27.02.2026 16:53 699
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindiriliblər
Binəqədi rayonunda dörd gəncin elektrik cərəyanı vurması nəticəsində həyatlarını itirmələri ilə bağlı "Lake Hotel"in icarədarı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, həmin hadisə ilə bağlı ayrıca cinayət işi də ayrılıb.

Yeni açılmış cinayət işi gənclərin ölümünə səbəb olan elektrik xəttinin Novxanı qəsəbəsində yerləşən və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün çəkilməsi ilə bağlıdır.

Qalina Mehdiyevaya məxsus 102 hektarlıq ərazidə müxtəlif istehsal və emal müəssisələri fəaliyyət göstərib.

Hazırda faktla bağlı prokurorluqda hərtərəfli istintaq hərəkətləri aparılır. Araşdırmaya "AzərEnerji" ASC də cəlb olunub.

Cinayət işi çərçivəsində Mehdiyevlərin də ifadə verdiyi bildirilir.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Elektrik cərəyanı vurması nəticəsində "Lake Hotel"də işləyən dörd ofisiant həyatını itirib.скачать dle 11.3
Mojo.az Banner