Mojo.az Banner
17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |     13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Martda hava necə olacaq?

27.02.2026 16:27 324
Martda hava necə olacaq?
Mart ayına gözlənilən hava proqnozu açıqlanıb.

Median.Az
Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu ilin mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 3°dərəcəyədək şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 20-27 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 7-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 22-44 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 36-52 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 39-52 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 7-11 dərəcə isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 19-48 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti, dağlarda gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir (norma 23-90 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 24-45 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə, bəzən 20-25 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə, bəzi günlərdə 16-21 dərəcə isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 56-112 mm).скачать dle 11.3
Mojo.az Banner