Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda həftəlik və günlük iş normalarına yenidən baxılması təklif olunur

27.02.2026 12:00 1 005
Azərbaycanda həftəlik və günlük iş normalarına yenidən baxılması təklif olunur
Azərbaycanda həftəlik və günlük iş normalarına yenidən baxılması təklif olunur.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi"ndə yer alıb.

Sənəddə xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, işçilərin fiziki və psixoloji sağlamlığının təmin edilməsi, ailə və sosial həyat tarazlığının qorunması (ailə münasibətlərinə, uşaqların tərbiyəsinə, ictimai fəaliyyətə daha çox zaman ayrılmasına şərait yaradılması), habelə əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə həftəlik və günlük iş normalarına yenidən baxılması təklif edilir.
//oxu.az

Son xəbərlər