Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Tbilisidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan sərgi və film nümayişi keçirilib

26.02.2026 19:45 627
Tbilisidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan sərgi və film nümayişi keçirilib
Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar "Unutmadıq, Unutdurmarıq" adlı anım sərgisi təşkil olunub.

Median.Az
"Report"a istinadən xəbər verir ki, tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilib.

Sərgidə 1992-ci ilin fevralında baş vermiş faciə zamanı çəkilmiş real fotoşəkillər nümayiş etdirilib. Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən sənədli film də nümayiş olunub.

Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir:

"Faciə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və qurbanların xatirəsinin yaşadılması hər bir azərbaycanlının mənəvi borcudur".

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sənan Baxşıyev çıxışında Xocalı faciəsinin tarixi-siyasi mahiyyətindən danışıb.

Qeyd edilib ki, Dağlıq Qarabağ bölgəsində baş verən hadisələr minlərlə ailəni doğma torpaqlarından didərgin salıb. Xocalı ağrısı uzun illər Azərbaycan xalqının yaddaşında yaşayaraq ədalət çağırışına çevrilib.

Bu gün həmçinin Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunda da anım mərasimi keçirilib.

Baş konsul Fuad Əzizov çıxış edərək Xocalı faciəsinin tarixi-siyasi mahiyyəti, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və mülki əhaliyə qarşı törədilmiş vəhşiliklər barədə ətraflı məlumat verib.

Çıxış zamanı faciənin canlı şahidi olmuş Xocalı sakini mərhum İlham Quliyevin xatirəsi ehtiramla yad edilib, onun 2026-cı ilin yanvar ayında vəfat etdiyi bildirilib.

Anım mərasimi çərçivəsində Baş Konsulluğun inzibati binasında Azərbaycanın Dövlət Bayrağı yarıya qədər endirilib, Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Eyni zamanda bölgədə geniş oxucu auditoriyasına malik TV12.ge informasiya agentliyində "Xocalı soyqırımı - 34 il ötür" sərlövhəli məqalə dərc edilib.

Son xəbərlər