Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Perm şəhərində Xocalıya ədalət tələb edilib

02.03.2021 20:37 1 014
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Azərbaycan diasporunun təşkilatçılığı ilə Perm şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, şəhərin "Siti star" mədəniyyət mərkəzində baş turan tədbirdə Azərbaycan diasporunun üzvləri, müxtəlif icmaların nümayəndələri və üzərində "Biz ədalət tələb edirik" şüarı yazılan köynəklər geyinmiş tələbələr iştirak ediblər.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimdə çıxış edən Perm vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilən dəhşətli soyqırımı aktı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Xocalı faciəsi indiyədək beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymətini almayıb. Xocalıya ədalət çağırışı ilə çıxış etmək, 29 il öncə insanlığa sığmayan bu cinayəti törədən müqəssirlərin məsuliyyətə cəlb olunmasını tələb etmək hər kəsin borcudur.

Daha sonra tədbirdə Xocalı qətliamının canlı şahidlərinin iştirakı ilə çəkilmiş sənədli film nümayiş etdirilib.скачать dle 11.3
Mojo.az Banner