Mojo.az Banner
19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Səfirdən Xocalı qurbanlarının xatirəsinə hörmətsizlik - FOTO / VİDEO

27.02.2021 15:46 1 680
Səfirdən Xocalı qurbanlarının xatirəsinə hörmətsizlik - FOTO / VİDEO
Dünən Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünyanın bir çox yerində anım tədbirləri keçirilib, faciə qurbanlarının xatirəsi yad edilib.

Median.Az
Dominant.az-a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən isə Xocalı soyqırımı qurbanlarına qarşı hörmətsizlik edilib.

Belə ki, Ukraynadakı Azərbaycan səfirliyinin binasının qarşısına Xocalı soyqırımı ilə bağlı ötən ilə aid tanıtım lövhəsi vurulub.

Xocalı həqiqətlərini dünyaya çatdırılması məqsədilə xarici ölkələrdəki Azərbaycan səfirlikləri daha sanballı təbliğat işlərinə - tədbirlər, aksiyalar, yürüşlər keçirmək, filmlər nümayiş etdirmək və s. imza atmağa çalışarkən Ukraynadakı səfirliyimiz tərəfindən sadə bir poster hazırlatdırmağa belə, cəhd göstərilməyib. Heç olmazsa, köhnə posterdəki bir rəqəmi dəyişdirərək, tarixi 2021-ci il qeyd etməyiblər.




Maraqlıdır, Ukraynadakı Azərbaycan səfirliyinin Xocalı qurbanlarına qarşı bu sayqısızlığı nədən qaynaqlanır?

Olmaya, səfirlik rəsmiləri ciddi maliyyə sıxıntısı yaşadığından 26 fevralı köhnə posterlə “yola verməyə” çalışıblar?! Və ya hələ də Xocalıda baş verənlərin fərqinə varmadıqları, anım gününün qeyd olunmasının mahiyyətini anlamadıqları üçün köhnə posterə layiq görüblər?! Bəlkə də Ukraynadakı səfirliyimiz hələ 2020-ci ildədir?!

Təbii ki, bu sualların cavabı olmayacaq, səfirlik nümayəndələri bu bağışlanmaz əməllərinə də hansısa formada “don geyindirəcəklər”. Ancaq bizi bir sual daima düşündürəcək, Azərbaycanın öz səfirliyi Xocalı soyqırımının qurbanlarına belə “hörmət” qoyursa, Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün hansı işləri görə bilər?

Ümid edirik ki, Xocalı faciəsinin qurbanlarını 2020-ci ildə hazırlanmış tanıtım lövhəsi ilə “yad edən” səfirlik rəsmiləri çox gec bu hörmətsizliyi aradan qaldıracaqlar.скачать dle 11.3
Mojo.az Banner