Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər | 13:18 Bakıda polis əməkdaşı vəfat etdi - FOTO | 13:16 Prokuror generalın dələduzluqda ittiham olunan qızının həbsini tələb edir | 13:15 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək | 13:10 Azərbaycanda fond yaratmaq 10 dəfə bahalaşır - Yeni tələb |
Mojo.az Avto
Mojo.az Avto

"Laser Beauty Clinic"də qəfil yoxlama - Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş

25.02.2026 21:01 627
Daha əvvəl qanunsuz həkim olması ilə bağlı məlumatlar yayılan "kosmetoloq" Nigar Rüfət hələ də "Laser Beauty Clinic"də fəaliyyətini davam etdirir.

"Unikal"ın əldə etdiyi məlumata görə, fevralın 20-də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən "Laser Beauty Clinic"də yoxlama keçirilib.

Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirib ki, “LB CLINIC” MMC-yə məxsus “Laser Beauty Clinic” özəl tibb müəssisəsində çalışan Nigar Rüfət adlı şəxsin fəaliyyəti ilə bağlı 20 fevral 2026-cı il tarixində Analitik Ekspertiza Mərkəzinin rəhbərliyinin qərarı əsasında plandankənar yoxlama zamanı aşkar edilən faktlar qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilib və aidiyyəti üzrə inzibati icraat çərçivəsində baxılması üçün təqdim edilib:

"Nigar Rüfət qızı ali tibb təhsillidir və bu barədə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş diplomun surəti yoxlamaya təqdim edilib. Onun bu günə olan təhsili həkim-kosmetoloq kimi çalışmasına imkan vermir".

Əlavə edilib ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən səhiyyə sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti mütəmadi qaydada həyata keçirilir və aşkar olunan qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülür.

Son xəbərlər