Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər | 13:18 Bakıda polis əməkdaşı vəfat etdi - FOTO | 13:16 Prokuror generalın dələduzluqda ittiham olunan qızının həbsini tələb edir | 13:15 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək | 13:10 Azərbaycanda fond yaratmaq 10 dəfə bahalaşır - Yeni tələb | 13:07 Güclü külək reklam lövhələrini aşırsa, məsuliyyəti kim daşıyır? – AÇIQLAMA | 12:39 Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib | 12:36 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

Misir Mərdanov 1,7 milyon manatlıq ittihama belə cavab verdi

25.02.2026 20:49 471
Misir Mərdanov 1,7 milyon manatlıq ittihama belə cavab verdi
Xəbər verdiyimiz kimi, ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi materialında sabiq təhsil naziri Misir Mərdanovun da adı çəkilib. O, sabiq nazirin adını bu işdə adı keçən və vaxtilə həbs olunan Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş əməkdaşı Nəriman Ağayevlə söhbətində hallandırıb. Elşad Abdullayev bildirib ki, Misir Mərdanov ondan plana görə 1 milyon alıb: "700 min manat da keçən ildən borcludur. 1.700.000 plana görə Misirdədir".

Məsələ ilə bağlı mövqeyini öyrənmək üçün sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxladıq. Keçmiş nazir "Unikal"a açıqlamasında 1,7 milyon manatlıq ittihama belə cavab verib:

"Bunlar boş söhbətlərdir. Bu məsələlər mənə lazım deyil.

Xahiş edirəm, həmin mövzu ilə bağlı mənə əlavə sual verməyəsiz", - deyə o əlavə edib.

Xatırladaq ki, Misir Mərdanov 2013-cü ildə təhsil naziri vəzifəsindən azad olunub.

Son xəbərlər