Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

25.02.2026 20:12 498
Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub
Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-nin Nyu-York şəhərində Xocalı soyqırımı haqqında genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya zamanı Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillərin və soyqırımı qurbanları barədə məlumatların nümayiş olunduğu LED ekranlı avtomobillər Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib.

Əhalinin sıx toplaşdığı məkanlarda, rəsmi qurumların binaları qarşısında dayanaraq tarixin ən dəhşətli və amansız qətliamı ilə bağlı vacib məlumatları ictimaiyyətin diqqətinə çatdırıb. Avtomobillər Tayms meydanından, BMT-nin Baş Qərargah binası önündən, Uoll Strit küçəsindən, Bruklin körpüsündən, Azadlıq heykəli ətrafından, Mərkəzi park və meydanlardan keçərək "New York Times" nəşrinin binasının qarşısında dayanıb.

LED ekranlarda "Xatırla, hörmət et, düşün - Xocalı 1992", "34 il sonra, biz hər bir ruhu xatırlayırıq", "Xocalı 1992-ci il faciəsi - dünya bunu unutmamalıdır", "Xocalı - onların cəsarəti və ağrısı bizimlədir", "Xocalı qurbanlarını anır, xatirələrini əziz tuturuq", "Xocalı soyqırımını unutma", "Maarifləndir, ədalət tələb et və həmrəylik göstər", "Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdə müdafiə edirik", "Xocalı üçün ədalət", "Faciədən xatirəyə - Xocalı yaşayır", "Günahsızlar üçün xatırla, ədalət üçün danış", "Bir soyuq gecə - minlərlə itki", "34 il sonra da Xocalı danışır" kimi şüarlar nümayiş olunub. Tarixi faktlara və daha ətraflı məlumatlara keçid imkanı yaradan QR kodlar vasitəsilə şəhər sakinləri məlumatlandırılıblar.

Qeyd edək ki, eyni vaxtda ABŞ-nin paytaxtı Vaşinqtonda və Boston şəhərində də bu cür məlumatlandırma aksiyaları keçirilib.

Son xəbərlər