Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlılar ABŞ-ın üç şəhərində aksiya keçirib

27.05.2021 19:00 732
Azərbaycanlılar ABŞ-ın üç şəhərində aksiya keçirib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının və Yuta–Azərbaycan İcmasının üzvü Kamran Qarayevin təşəbbüsü və təşkilatçılığı ilə ABŞ-ın 3 şəhərində 28 May – Respublika Gününün 103-cü ildönümünə həsr edilən məlumatlandırıcı aksiya keçirilib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, aksiya zamanı xalqımızın tarixində önəmli yer tutan bu hadisə barədə məlumatları əks etdirən Led ekranlı yük maşınlarının hərəkəti Nyu-York ştatının Manhettan şəhərində, Kaliforniya ştatının Los-Anceles şəhərində və Corciya ştatının Atlanta şəhərində təmin edilib.

Led ekranlarda "28 may – Azərbaycanın Respublika Günü" və "Şərqdə ilk demokratik respublika" sözləri yazılıb, Heydər Əliyev Mərkəzinin Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılması, Azərbaycanın işğaldan azad olunmuş Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam şəhərlərindəki tarixi memarlıq və dini abidələrin, Xudafərin körpüsünün, hər güşəsində üçrəngli bayrağımızın dalğalandığı məmləkətimizin gözəl təbiətinin təsvirləri əks olunub.

Nyu-Yorkdakı hərəkət marşrutuna Brodvey, Uoll Strit, Vaşinqton Meydan Parkı, 5-ci Avenyu, Çambers Strit, Mərkəzi Park, BMT-nin inzibati binası və digər məşhur mərkəzi kuçələr daxil edilib. Los-Anceles şəhərində Rodeo Drayv, Sanset Bulvarı, Mulholland Drayv, Hollivud Bulvarı, Melrouz Prospekti, Atlanta şəhərində Yüzilliyin Oıimpiya Parkı, Piyemont-park, Vətəndaş və İnsan Haqları Mərkəzi, Ponse-Siti Marketi, Vest Piçtri Strit Şimal-Qərb, Piçtri Memorial Drayv Şimal-Qərb, Piçtri Roud kimi mərkəzi küçələr əhatə edilib.скачать dle 11.3
Mojo.az Banner