Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-ın beş ştatında məlumat xarakterli aksiya təşkil edildi

28.09.2021 17:51 957
ABŞ-ın beş ştatında məlumat xarakterli aksiya təşkil edildi
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü, Yuta-Azərbaycan Dostluq Təşkilatının nümayəndəsi Kamran Qarayevin təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü ilə əlaqədar ABŞ-ın beş ştatında məlumat xarakterli aksiya keçirilib.

Komitədən verilən məlumata görə, LED ekranlı avtomobillər Vaşinqton, Manhettan (Nyu York ştatı), Los-Anceles, (Kaliforniya ştatı), Boston (Massaçusets ştatı) və Filadelfiya şəhərlərində (Pensilvaniya ştatı) hərəkət edib.

Ekranda Qarabağda erməni vəhşiliyi nəticəsində dağıdılmış abidələr, Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovla Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC) müxbiri Məhərrəm İbrahimov barədə məlumatlar və “Şəhidlər ölməz!”, “Şəhidlər heç vaxt unudulmur!”, “Anım Günü!”, “Biz 27 sentyabr Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!”, “Azərbaycana ədalət!”, “Ermənilərin mədəni irsə qarşı terroru. Qarabağ xanının sarayı”, “Qarabağ Azərbaycandır!”, “Vətən var olsun!”, “Biz sülh istəyirik!” və sair şüarlar əks olunub.

Son xəbərlər