Mojo.az Banner
23:02 ABŞ-dən İraqa yeni sanksiyalar  |     22:54 Çində 2 keçmiş müdafiə naziri ilə bağlı şərti edam cəzası  |     22:49 “Yaxşı, özünə ev tikirsən, bəs camaatın qəbri ilə nə işin var?” - Video  |     22:41 Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalandı  |     22:36 74 yaşlı qadın hamamda yıxlıb öldü  |     22:28 Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı  |     22:22 Günəşdə güclü partlayış qeydə alınıb  |     22:19 Süper kompüterlər niyə “Windows” əvəzinə “Linux” istifadə edir?  |     22:07 Turizm Agentliyi 14 ölkədən jurnalist və blogerlər gətirir 1 milyon manat ayrılıb  |     21:54 Kredit borcuna görə ölkədən çıxış qadağası: hansı hallarda tətbiq olunur?  |     21:38 Sumqayıtda yataqxanada yanğın oldu, sakinlər təxliyə olundu  |     21:11 Naftalanda yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar  |     21:08 Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı şok hərəkət - Video  |     21:03 Rusiya ikigünlük atəşkəs elan etdi  |     20:08 "40 qəpik xidmət haqqı tutulması düzgün deyil" - İqtisadçı  |     20:00 Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı  |     19:54 Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)  |     19:49 Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? - Professordan xəbərdarlıq  |     19:41 Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi  |     19:36 60 bal toplayan müəllim uğurunun sirrini açıqladı  |    
Left Banner
Right Banner

Vaşinqtonda Xocalı soyqırımının ildönümü ilə bağlı sərgi təşkil olunub

25.02.2026 11:16 306
Vaşinqtonda Xocalı soyqırımının ildönümü ilə bağlı sərgi təşkil olunub
ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, LED ekranlarla təchiz olunmuş avtomobillər şəhərin mərkəzi küçələrində hərəkət edərək bir sıra mühüm dövlət binalarının qarşısından keçiblər. Marşrut ABŞ Konqresinin binasını (Kapitol binası), Ağ Evi (ABŞ Prezidentinin iqamətgahı), Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentini, Pentaqonu (ABŞ Müdafiə Nazirliyinin qərargahı) və digər dövlət əhəmiyyətli obyektləri əhatə edib.

LED ekranlarda "Xatırla, hörmət et, düşün -XOCALI 1992", "34 il sonra, biz hər bir ruhu xatırlayırıq", "XOCALI 1992 faciəsi - dünya bunu unutmamalıdır", "XOCALI - onların cəsarəti və ağrısı bizimlədir", "Xocalı qurbanları anır, xatirələrini əziz tuturuq", "XOCALI soyqırımını unutma", "Maarifləndir, ədalət tələb et və həmrəylik göstər", "Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdə müdafiə edirik", "XOCALI üçün ədalət", "Faciədən xatirəyə- XOCALI yaşayır", "Günahsızlar üçün xatırla, ədalət üçün danış", "Bir soyuq gecə - minlərlə itki", "34 il sonra da XOCALI danışır" şüarları nümayiş etdirilib.

Aksiyanın əsas məqsədi Xocalı faciəsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, qurbanların xatirəsini anmaq və ədalət çağırışını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Məlumatlandırma aksiyası gün ərzində davam edəcək.

Aksiya çərçivəsində beynəlxalq ictimaiyyət Xocalı faciəsini unutmamağa, qurbanların xatirəsinə ehtiram göstərməyə və ədalətin təmin olunmasına dəstək verməyə çağırılıb.

Sonra isə Vaşinqtonda Xocalı soyqırımının 34-cü illiyinə həsr olunmuş "Qaranlıqdan işığa" adlı sərgi və rekviem konserti təşkil olunub.

Azərbaycanın ABŞ-dəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Özbəkistan və bir sıra ölkələrin səfirləri və digər diplomatik korpus nümayəndələri, yerli ictimaiyyət və Azərbaycanın ABŞ-dəki diaspor təmsilçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın tanınmış rəssamı Nazim Məmmədovun Xocalı soyqırımına həsr olunmuş kolleksiyası nümayiş olunub.

Bu çərçivədə ilk olaraq Xocalı soyqırımı zamanı həlak olmuş insanların və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu yad edilib.

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim azərbaycanlıların başına gətirilən bu faciədən danışıb və bu qaranlıq günlərin xalqı daha da gücləndirdiyini deyib:

"Dünyanın hər yerində yaşayan azərbaycanlılar bu günahsız insanların ruhlarının təkcə xatirələrdə deyil, həm də əməllərdə yaşamasına məsuliyyət daşıyır".

"Arts Council Azerbaijan"ın direktoru Dadaş Məmmədov tədbir çərçivəsində açılan sərgi barədə danışaraq atası, tanınmış rəssam Nazim Məmmədovun Xocalı soyqırımına həsr etdiyi bu əsərləri həyatının 10 ili ərzində yaratdığını deyib.

O, 2002-ci ildə Xocalı faciəsinin 10-cu ildönümü münasibətilə 40-a yaxın əsərlərdən ibarət sərginin Milli İncəsənət Muzeyində açıldığını xatırladaraq sərgidə Nazim Məmmədovun bununla da özünün həyat missiyasını yerinə yetirdiyini əlavə edib.

D.Məmmədov bu sərginin bütün dünyada təşkil olunduğunu və kolleksiya haqqında hekayələri danışaraq incəsənət vasitəsilə bunu nümayiş etdirməkdən məmnunluğunu vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner