Mojo.az Banner
12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

Vasif Talıbovun dövründə maaşı verilmədi - Məhkəmə 10 il sonra qərar verdi

25.02.2026 17:08 495
Vasif Talıbovun dövründə maaşı verilmədi - Məhkəmə 10 il sonra qərar verdi
Naxçıvanda işdən çıxarılan şəxsə 10 il əvvəlki əməkhaqqı ödənilmədiyi üçün şirkət rəhbəri cərimələnib.

Median.Az
"Qaynarinfo"ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "Arkoz Travertin-Mərmər Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Səfiyar Süleyman oğlu Abişov barəsində protokol tərtib edilib.

Protokol İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) irəli sürülüb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, E.T adlı şəxs 6 iyun 2025-ci ildə Səfiyar Abişova və Dövlət Əmək Müfəttişliyi Xidmətinə ərizə təqdim edərək bildirib ki, "Arkoz Travertin-Mərmər Zavodu" MMC-də işlədiyi 2011-2016-cı illərdən qalan son haqq-hesabının ödənilməsini tələb edib. Səfiyar Abişov isə bundan imtina edərək, borcun köhnə rəhbərlik dövrünə aid olduğunu deyib.

Məhkəmənin hökmü ilə "Arkoz Travertin-Mərmər Zavodu" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 2000 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən zavod vaxtilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun biznes strukturu kimi tanınıb. Bəzi iddialara görə, Vasif Talıbov Ali Məclis sədri vəzifəsindən istefa verdikdən sonra zavod üzərindəki nəzarəti də itirib. E.T adlı şəxs Vasif Talıbovun zavoda nəzarəti dövründəki borcunu tələb edib.скачать dle 11.3
Mojo.az Banner