Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Alimlər ürək xəstəliklərini aşkar edən "ağıllı köynək" hazırladılar

24.02.2026 12:34 504
Alimlər ürək xəstəliklərini aşkar edən
Britaniyalı alimlər gündəlik həyatda gizli ürək ritmi pozuntularını aşkar etməyə qadir süni intellektlə təchiz edilmiş "ağıllı köynək" hazırlayıblar. Texnologiyanın yaxın beş il ərzində klinik praktikaya tətbiqi planlaşdırılır.

Median.Az
Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Britaniya Ürək Fondu məlumat yayıb.

Məlumata görə, yeni cihaz ilk növbədə qəfil ürək ölümünə səbəb ola bilən nadir irsi ürək xəstəliklərinin diaqnostikası üçün nəzərdə tutulub.

Mütəxəssislərin fikrincə, Böyük Britaniyada təxminən 340 min nəfər belə xəstəliklərdən əziyyət çəkir. Hər həftə yaşı 35-dən az olan azı 12 nəfər bu səbəbdən həyatını itirir.

Hazırda aritmiya şübhəsi olan xəstələr yapışqanlı elektrodlar və monitorla birləşdirilmiş naqilləri olan portativ elektrokardioqraflar daşımalı olurlar. Adətən belə müayinə 24-48 saat davam edir və əhəmiyyətli narahatlıq yaradır.

Alimlər bildiriblər ki, yeni köynəyin parçasına ürəyin elektrik aktivliyini fasiləsiz qeyd edən 50-yə qədər sensor quraşdırılıb. Bu, gündəlik fəaliyyəti məhdudlaşdırmadan bir həftə və daha uzun müddət monitorinq aparmağa imkan verir.

Birinci mərhələdə tədqiqatçılar sistemin anormal EKQ siqnallarını tanıması üçün süni intellekt alqoritmlərini - həm irsi aritmiyası olan, həm də minlərlə sağlam insanın məlumatları əsasında öyrədəcəklər. Daha sonra 200 xəstə və könüllü diaqnostikanın dəqiqliyini qiymətləndirmək üçün üç ay ərzində köynəyi geyinəcək.

Bu üsulla qısa klinik müayinə zamanı aşkarlanması çətin olan "Bruqada" sindromu və digər ritm pozuntuları kimi xəstəliklərin müəyyən edilməsi mümkün ola bilər.

Layihə müəlliflərinin fikrincə, uzunmüddətli və daha rahat monitorinq təhlükəli halların erkən aşkarlanması imkanlarını artıracaq və qəfil ölümlərin qarşısını almağa kömək edəcək.
//oxu.az

Son xəbərlər