Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

İmsak vaxtı azan oxunarkən su içmək orucu pozur?

23.02.2026 22:18 627
İmsak vaxtı azan oxunarkən su içmək orucu pozur?
Ramazan ayında sahur oruca hazırlığın əsas mərhələsi hesab olunur. İmsak vaxtına yaxın azanın oxunması orucun başlama anını göstərir.

Bu vaxt su içməyin caiz olub-olmaması ilə bağlı suallar tez-tez səslənir.

Qaynarinfo mənbələrə istinadən xəbər verir ki, azan imsak vaxtının daxil olduğunu xəbər verir. "İmsak” sözü lüğəvi baxımdan özünü saxlamaq, çəkinmək mənasını verir və dini baxımdan oruca başlama vaxtını ifadə edir. Sübhün açılması, yəni dan yerinin ağarması ilə oruc başlayır və axşama qədər yemək-içməkdən və orucu pozan digər əməllərdən uzaq durmaq tələb olunur.

Ramazan təqvimlərində göstərilən imsak vaxtı gecə namazı vaxtının başa çatdığı və sübh namazı vaxtının başladığı ana təsadüf edir. Bu səbəbdən azan oxunmağa başladığı andan etibarən yemək və içmək dayandırılmalıdır.

Mənbələrdə qeyd olunur ki, azan başlayarkən ağızda olan tikənin udulması orucu pozmur. Lakin azan oxunduğu halda qəsdən su içmək və ya yemək qəbul etmək orucu pozur və həmin günün qəzası vacib olur.

Mövzu ilə bağlı əsas istinadlardan biri Qurani-Kərimdə yer alan Bəqərə surəsinin 187-ci ayəsidir. Ayədə bildirilir ki, dan yeri ağarana qədər yeyib-içmək, sonra isə axşama qədər orucu tamamlamaq lazımdır.

Rəsmi dini mövqe ondan ibarətdir ki, imsak vaxtının daxil olması ilə birlikdə yemək və içmək tam dayandırılmalıdır. Bu qaydaya riayət olunması orucun düzgün və etibarlı sayılması üçün zəruri hesab edilir.скачать dle 11.3
Mojo.az Banner