Mojo.az Banner
15:42 Daha bir ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı  |     15:34 FIFA prezidenti DÇ-2026-nı tənqid edənlərə cavab verdi  |     15:28 Vahid indekslərin siyahısı genişləndirildi - QƏRAR  |     15:10 Azərbaycanlı hakim Konfrans Liqasının oyununu idarə edəcək  |     15:01 Sabah da KÜLƏK əsəcək - 28.07.2026  |     14:32 Ağdamın iki kəndində günlərlə davam edən yanğınlar söndürüldü  |     14:30 Külək Bakıda iki nəfəri xəstəxanalıq etdi  |     13:22 Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB  |     13:03 Neft kəskin UCUZLAŞDI  |     13:01 Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq  |     12:46 Ceffri Epşteynin mirasının potensial varisinin adı məlum oldu  |     12:44 Məşhur meymun "Punch" bir yaşını qeyd edib  |     12:42 Samuxda 57 yaşlı çobanın meyiti tapıldı  |     12:33 Avropada həyəcan təbili: İsti hava dalğaları sürətlə artır  |     12:31 Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır  |     12:19 Kolumbiya Azərbaycan da daxil olmaqla 15 ölkədə səfirliyini bağlayacaq  |     12:17 İranla savaşda yaralanan ABŞ hərbçilərinin sayı AÇIQLANDI  |     11:51 Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |    
Left Banner
Right Banner

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026 21:31 852
Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
Tikinti üçün torpaq sənədi olsa da, kadastr məlumatlarındakı ziddiyyətlərə görə çıxarış ala bilməyən vətəndaşlar üçün problem aradan qaldırılır.

Yeni mexanizmə əsasən, müraciətdən sonra ən geci 15 iş günü ərzində əmlakın qeydiyyatı və çıxarışın verilməsi mümkün olacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, müvafiq dövlət qurumu təqdim olunan məlumatların dəqiqləşdirilməsi üçün digər qurumlara, o cümlədən arxiv idarələrinə elektron sorğu göndərəcək:

“Sorğulara 15 iş günü müddətində cavab veriləcək. Əgər vətəndaşın təqdim etdiyi məlumatlar təsdiqlənərsə, imtina qərarı verilməyəcək və əmlakın dövlət qeydiyyatına alınması təmin olunacaq.

Bu addım mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Mərhələli şəkildə 400 mindən çox fərdi yaşayış evinin qeydiyyata alınaraq çıxarışla təmin edilməsi planlaşdırılır.

Qeyd edək ki, Bakı və ətraf ərazilərdə sənədsiz evlərin sayı 500 mini ötür. İlkin qiymətləndirməyə görə, onlardan təxminən 70 mini təhlükəli zonalarda – neft buruqları, iri nəqliyyat qovşaqları və yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yerləşir. Bu kateqoriyaya daxil olan tikililərlə bağlı ayrıca hüquqi tənzimləmə sənədinin qəbul olunacağı gözlənilir.

Birinci mərhələdə təhlükəli ərazilərdə yerləşməyən, əsasən həyət evlərinin qeydiyyata alınması ilə bağlı konsepsiya təsdiqlənəcək. Sənəd imzalandıqdan sonra təkcə Bakı və ətrafında 100 mindən çox evin rəsmiləşdirilməsi mümkün olacaq”.

Məlumat üçün bildirək ki, ilkin mərhələdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş və təsdiqedici sənədləri olan tikililərə üstünlük veriləcək.
//Baku.ws
скачать dle 11.3
Mojo.az Banner