Mojo.az Banner
16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |     13:40 ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"  |     13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |     13:31 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının məşhur restoranlarında iftar qiymətləri

21.02.2026 19:03 732
Bakının məşhur restoranlarında iftar qiymətləri
Hər il olduğu kimi, bu il də Ramazan ayının gəlişi ilə bir çox restoran və iaşə obyektləri xüsusi iftar menyuları təqdim edir. Bu menyular həm qiymət, həm də tərkib baxımından bir-birindən fərqlənir və müxtəlif büdcələrə uyğun seçimlər təklif olunur.

Qiymətlər isə restoranın səviyyəsindən, yerləşdiyi məkandan və təqdim olunan menyunun zənginliyindən asılı olaraq dəyişir.

Median.Az xəbər verir ki, Bizim.Media bir çox restorandakı qiymətləri araşdırıb:

"Qoç ət”də iftar menyusu yoxdur. Burada Ramazan ayında da digər günlərdə təklif edilən menyu təqdim olunur. Lakin restoran müştərilərinə yalnız iftar saatından sonra xidmət göstərir.

"Fairmont” bir nəfər üçün qiymət 60 manat, beynəlxalq menyuda isə 90 manatdır. Bu menyu əcnəbi vətəndaşlar üçün təqdim edilir.

"Fisincan” restoranında əsas yemək olaraq, toyuq, ət yaxud balıq seçilir. Bundan əlavə, qarnir, içki və şirniyyatla çay 30 manatlıq iftar süfrəsinə daxil edilir.

"Caravan Baku”da iftar menyusu 25 manata təklif olunur. Toyuq, mərci yaxud düşbərə şorbasl, pendir və ya qarışıq turşu, sezar, paytaxt və ya toyuq salatı, yarpaq dolması, düyü və ya steyki, lülə, tikə və ya toyuq kabablarından birini seçmək imkanı yaradılır.

"Özsüt” restoranında menyu 35 manatdır və 10% xidmət haqqı ödənilir. İmsak menyusu isə bəzi günlərdə verilir.

"Mado” da iftar menyusu toyuq menyusu 25, ət menyusu olduqda isə 27 manat təşkil edir. Menyuda şorba, qarnir, salat və şirə təklif olunur. İmsak menyusu isə yalnız Nərimanov filialında təklif edilir.

"La Kükü” restoranında 1 nəfərlik menyu 20 manatdır. Menyuda şorba, salat əsas yemək kimi verilir.

"Bayıldım” restoranında isə bir nəfərlik iftar menyusu yoxdur. Burada iftar menyusunun verilməsi yalnız 2 nəfərdən başlanılır.

2 nəfərlik menyu 49, 4 nəfərlik menyu isə 69 manat təşkil edir. Menyuya mərci şorbası, çoban salatı, ağ pendir, qazlı su, özbək plovu və kabab daxildir.

"Four Seasons Hotel Baku”da yerləşən "Zafferano” restoranında isə iftar menyusu 110 manata təklif edilir.

Göründüyü kimi, iftar menyuları 20 manatdan başlayaraq 110 manata qədər təklif edilir.скачать dle 11.3
Mojo.az Banner