Cocuq Mərcanlı kəndi yaxınlığında YANĞIN - Hadisə yerindən Video
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Nəticədə 0.7 ha sahədə kol-kos və quru ot yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.