Mojo.az Banner
17:50 Ölkədə bəzi şəxslərin evləri PULSUZ TƏMİR OLUNACAQ  |     17:29 "Qarabağ" böyük hesabla uduzdu  |     17:16 Goranboyda həkim qadının meyiti göldən tapıldı  |     17:08 Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb  |     16:54 Avropa Komissiyasının Prezidenti Azərbaycana gəldi  |     16:28 Rusiya Silahlı Qüvvələri Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     16:09 Göldə 53 yaşlı həkimin meyiti tapıldı  |     15:55 AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır  |     15:29 II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - Tarix açıqlandı  |     15:24 Leyla Əliyeva "Azəripək" ASC-nin fəaliyyəti ilə yaxından tanış olub - FOTO  |     15:17 Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib - FOTO  |     14:52 Alimlərdən xəbərdarlıq: Mart ayından bəri ən güclü maqnit qasırğası gözlənilir  |     14:44 Bəzi qatarların hərəkət qrafiki dəyişdi  |     14:20 Xarici universitetlərdən yerdəyişmə etmək istəyən TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ  |     14:02 Müəllimini güllələməkdə təqsirli bilinən şagirdə ittiham elan edilib  |     12:40 Yaponiya və Koreya vətəndaşları bu gündən Azərbaycana vizasız gələcəklər  |     12:39 Azərbaycan nefti ucuzlaşıb  |     12:36 Tovuza sərnişin aparan şəxs gecələmək istədi, ÖLDÜRÜLDÜ - QƏTLİN TƏFƏRRÜATI (Yenilənib)  |     12:28 Azərbaycanda qadınların pensiya yaşı artırıldı  |     12:26 DÇ-2026-da pley-off həyəcanı davam edir: İngiltərə Konqoya, Belçika Seneqala qarşı  |    
Left Banner
Right Banner

Qafar Abdullayevin HƏBS MÜDDƏTİ UZADILDI

21.02.2026 13:57 306
Qafar Abdullayevin HƏBS MÜDDƏTİ UZADILDI
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan RİH başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbiri mayın 30-dək uzadılıb.

Median.Az
"Report"a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar verilib.

Qeyd edək ki, o, 2025-ci ilin noyabr ayında həbs olunub.

Baş Prokurorluğun məlumatına görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə Qaradağın icra başçısının sabiq müavini Nadir Muradovun həmin vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.скачать dle 11.3
Mojo.az Banner