Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq | 19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? | 19:09 İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb | 19:07 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu | 16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər |
Mojo.az Avto
Mojo.az Avto

“Uşaq “Lego” ilə böyüyürsə, dünyası xarici obrazlarla formalaşır”

20.02.2026 22:13 615
“Uşaq “Lego” ilə böyüyürsə, dünyası xarici obrazlarla formalaşır”
“Uşaqlarımızın ilk oyuncaqları hamısı qeyri-milli və əcnəbi istehsallıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Uşaqların ilk oyuncaqları onların dünyagörüşünü, estetik zövqünü və milli yaddaşını formalaşdırır. Əgər onlar “Lego” ilə böyüyürsə, uşaqların zehni və emosional dünyası xarici məhsulların obrazları ilə formalaşır. Minillik nağıllar, qəhrəmanlar, mifoloji obrazlar uşaqlara fiziki şəkildə təqdim olunmur.

Oyuncaqlar, cizgi filmləri, kitablar tarixi yaddaşın əsas daşıyıcıları, hard diskləridir. Uşaq oyunları və əyləncə məhsulları milli təhsil məqsədləri ilə uyğunlaşdırılmalıdır. Lakin xarici markalar hazır məhsul, cizgi və kitablarla həm əyləncə, həm də təhsil rolunu doldurur”, - deputat qeyd edib.

Son xəbərlər