Mojo.az Banner
Left Banner
Right Banner

İspaniyanın tanınmış klubu Bakıda oyunçu seçəcək

20.02.2026 20:15 453
İspaniyanın tanınmış klubu Bakıda oyunçu seçəcək
İspaniyanın "Levante” klubu bu ilin yayında "Qarabağ” Futbol Akademiyasında gənc futbolçular arasında seleksiya məşqləri keçirəcək.

Bu barədə Azərtac-a Akademiyanın baş koordinatoru Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, seleksiya prosesi yerli istedadların üzə çıxarılması və onların Avropa futboluna inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən futbolçuların gələcəkdə İspaniyada baxışdan keçmək imkanı qazanacağı gözlənilir.скачать dle 11.3
Mojo.az Banner