Mojo.az — elanlar
Son Xəbərlər
13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır

08.08.2025 19:50 627
Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır
Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması məqsədilə kompleks tədqiqatlara başlanılıb.

Median.Az
bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədqiqatlar qurumun təşəbbüsü, Bakı Dövlət Universiteti və FAO-nun dəstəyi, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin, "Letgen Biotechnology" və "Bayramlı Group" şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

Qarabağ və Dilbaz at cinslərinin genom miqyasında tədqiqinə dair genişmiqyaslı layihənin əsas məqsədi bu iki milli at cinsinin genetik irsinin qorunması, onların genom miqyasında struktur və funksional variasiyalarının identifikasiyası, marker-assosiativ seleksiya sistemlərinin qurulması və genetik resursların uzunmüddətli elmi əsaslarla qorunmasıdır. Layihənin ilkin fazasında yerli ekspertlər və Türkiyədən dəvət edilmiş ekspertlər müxtəlif atçılıq təsərrüfatlarından qan və tük nümunələri götürüb, fenotip qiymətləndirmə aparıb.

Götürülmüş nümunələrin analizi ilə layihənin yekun hədəfləri Qarabağ və Dilbaz atlarının ilk dəfə tam genomik xəritəsinin hazırlanması, Seçmə və damazlıq işlərində marker-assisted selection (MAS) sistemlərinin tətbiqi, Genotip-fenotip assosiasiyalarına əsaslanan seleksiya səmərəliliyinin yüksəldilməsi, Genetik məlumatların elektron baza (genobank) formasında qorunması və Tədqiqat nəticələrinin qlobal elmi bazalara (NCBI və s.) inteqrasiyası olaraq müəyyən edilib.

Layihənin nəticələri ilə bağlı elmi iş və məqalələrin hazırlanaraq reytinqli elmi jurnallarda çapı, həmçinin nəticələrin mühüm genetik məlumatlar elektron verilənlər bazasında yerləşdirilməsi həyata keçiriləcək və seleksiya-damazlıq proqramları təkmilləşdiriləcəkdir.

Layihə təkcə elmi araşdırmalar baxımından deyil, həm də Qarabağ və Dilbaz atlarının genetik irsininqorunması baxımından strateji əhəmiyyət daşıyır.

Son xəbərlər