Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda geni dəyişdirilmiş yem məhsullarına dair tələblər müəyyən edilib

05.10.2021 13:33 2 922
Azərbaycanda geni dəyişdirilmiş yem məhsullarına dair tələblər müəyyən edilib
Azərbaycanda genetik modifikasiya olunmuş yem məhsullarına dair tələblər müəyyən edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu, yeni hazırlanan “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihədə qeyd olunub ki, Azərbaycan ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən genetik modifikasiya olunmuş yem məhsullarının, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqrediyentlər olan yem məhsullarının emalına, dövriyyəsinə və onlardan istifadə olunmasına həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyatda alındıqdan sonra icazə veriləcək.

Qanunvericilikdə nəzərdə tutulan qaydada qeydiyyatdan keçməyən genetik modifikasiya olunan yem məhsulları, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsulları və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqrediyentlər olan yem məhsullarının emalı və dövriyyəsi qadağandır.

Genetik modifikasiya olunan yem məhsullarının qeydiyyata alınması üçün həmin məhsullar aşağıdakı tələblərə cavab verməlidir:

- insan həyatına və sağlamlığına, heyvan və bitki sağlamlığına və ətraf mühitə mənfi təsiri etməməli;

- istifadəçini çaşdırmamalı;

- heyvanların normal qidalanması üçün əvəz etdiyi məhsullardakı zəruri inqrediyentlərə malik olmalıdır.

Azərbaycan ərazisində genetik modifikasiya olunmuş yem məhsullarının, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqrediyentlər olan yem məhsullarının qanunsuz ilkin istehsalı, emalı və dövriyyəsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.скачать dle 11.3
Mojo.az Banner