Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş baş nazirin ailəsi prokurorluqda: Ermənistanı silkələyən cinayət işi

20.02.2026 20:14 477
Keçmiş baş nazirin ailəsi prokurorluqda: Ermənistanı silkələyən cinayət işi
Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qızı və kürəkəni Baş Prokurorluğa çağırılıblar.

Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq bildiriş rəsmi elanlar saytında yerləşdirilib.

Məlumata görə, Rebeka Abramyan, onun həyat yoldaşı Vladimir Tamrazyan, eləcə də ailənin bir neçə üzvü Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi İdarəsinə dəvət olunublar. Onlar bir ay müddətində icraat materialları ilə tanış olmaq, mövqelərini bildirmək və bəyannamə təqdim etmək üçün prokurorluğa gəlməlidirlər.

Xatırladaq ki, Ovik Abramyanın özünə qarşı ittiham 2023-cü ilin aprelində irəli sürülüb. İstintaqın versiyasına əsasən, o, müxtəlif dövlət vəzifələrində çalışdığı dövrdə - deputat və Ararat şəhərinin meri vəzifəsindən başlayaraq baş nazir postunadək - bağladığı sövdələşmələr nəticəsində 2008-2015-ci illərdə 230,4 milyon dram (təxminən 590 min dollar) məbləğində gəlir əldə edib.

O, xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsi (çirkli pulların yuyulması), vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

Qeyd edək ki, Ovik Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub, 2012-2014-cü illərdə isə Milli Assambleyanın sədri vəzifəsini icra edib.

Son xəbərlər