Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:45 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar | 19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq | 19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? | 19:09 İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb | 19:07 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu | 16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman |
Mojo.az Avto
Mojo.az Avto

Onlayn alış-verişdə gecikmələr: Məhsullar ölkəyə çatır, amma alıcılara yox - Video

20.02.2026 13:41 570
Onlayn alış-verişdə gecikmələr: Məhsullar ölkəyə çatır, amma alıcılara yox - Video
Son vaxtlar alıcılar elektron platformalardan sifariş verdikləri məhsulların təhvil alınmasında gecikmələr müşahidə edirlər.

Tətbiqlərdə bağlamanın ölkəyə çatdığı göstərilsə də, lakin onun təhvil verilmə vaxtı olduqca gecikir.

Sakinlər Azərbaycan Televiziyasına ( AzTV) bildirirlər ki, məhsullar gömrükdən keçsə də, onların kuryerlə çatdırılması vaxt alır.

Karqo şirkətləri isə vurğulayırlar ki, məhsulların uzun müddət anbarda qalması və gec təhvil verilməsi yalnız müştəri məmnuniyyətinə təsir etmir, eyni zamanda şirkət üçün də əlavə saxlanma xərci deməkdir.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Natiq Axundov bildirib ki, son zamanlar düzgün bəyan edilməyən və ümumiyyətlə heç bir bəyan edilməyən bağlamaların sayı artıb:

"Bu uyğunsuzluqların aşkar edilməsi istiqamətində araşdırmalar və tədbirlər aparılır".

Son xəbərlər