Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda iki məşhur gimnaziyada nöqsanlar AŞKARLANDI

19.02.2026 12:23 411
Sumqayıtda iki məşhur gimnaziyada nöqsanlar AŞKARLANDI
Sumqayıt şəhəri internat tipli gimnaziya və general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb.

Bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) aparatı məlumat yayıb.

Bildirilib ki, Ombudsmanın Milli Preventiv Qrupu Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən hər iki müəssisəyə başçəkmələr təşkil edib. Məqsəd bu gimnaziyalarda saxlanılan uşaqlarla rəftar və onların hüquqlarının təmini məsələlərinin, yaradılmış şəraitin araşdırılması, göstərilən xidmətlərin keyfiyyəti və normalara uyğunluq vəziyyətinin öyrənilməsi olub. Monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar edilib.

Qeyd edilib ki, Sumqayıt şəhər internat tipli gimnaziyanın yataqxana korpusunun bir hissəsinin əvvəlki dövrlərdə müxtəlif sosial ehtiyaclarla əlaqədar istifadə olunması nəticəsində binanın yalnız məhdud hissəsinin şagirdlərin istifadəsinə ayrılması onların müvafiq yaşayış şəraiti ilə təmin olunmaq hüququnun tam şəkildə təmin edilmədiyini göstərir.

Bundan əlavə, yataqxana korpusunda hamam otağı nəzərdə tutulmasına baxmayaraq, həmin otağın istifadəyə yararsız vəziyyətdə olması, əsas tədris korpusunda sanitar qovşaqların çatışmazlığı müşahidə olunub. Eləcə də gigiyena normalarına əməl edilməsi və uşaqların sağlam mühitdə təhsil hüququnun təmin olunması baxımından ehtiyacları ilə bağlı vəziyyət qiymətləndirilib.

General M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada isə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil prosesinə real və effektiv inteqrasiyanı təmin edən mexanizmlərin və xüsusi inteqrasiya qruplarının yaradılmadığı müəyyən olunub. Bu vəziyyət inklüziv təhsil hüququnun tam şəkildə həyata keçirilməsinə maneə yaratmaqla yanaşı, həmin kateqoriyadan olan uşaqların bərabər imkanlardan istifadə hüququnun məhdudlaşmasına səbəb olur.

Hər iki müəssisədə aparılmış araşdırma zamanı uşaqların geyim və ayaqqabı təminatının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1994-cü il tarixli 15 nömrəli Qərarı ilə müəyyən edilmiş normalara tam uyğun həyata keçirilmədiyi aşkar olunub. Belə ki, bəzi hallarda təminatın gecikdirildiyi, eləcə də nəzərdə tutulmuş say və çeşid üzrə çatışmazlıqların mövcud olduğu müəyyən edilib.

Başçəkmələrinin yekununda müəssisələrinin rəhbərliyinə aşkar edilmiş halların aradan qaldırılması, uşaqların hüquq və qanuni mənafelərinin daha etibarlı qorunması məqsədilə maddi-texniki bazanın gücləndirilməsi, yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, sanitariya-gigiyena normalarına tam riayət olunması, habelə inklüziv mühitin formalaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

Vurğulanıb ki, başçəkmələrin nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.скачать dle 11.3
Mojo.az Banner