Mojo.az Banner
14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |     13:40 ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"  |     13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |     13:31 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq  |     23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan daha bir ölkədən avtomobil almağa başlayıb

18.02.2026 19:10 351
Azərbaycan daha bir ölkədən avtomobil almağa başlayıb
Ötən il Azərbaycana 648,65 milyon ABŞ dolları dəyərində 37 min 549 ədəd minik avtomobili (benzin və dizel mühərrikli) idxal edilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 29 % azdır.

Hesabat dövründə Azərbaycan Cənubi Koreyadan 113,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 48 % çox) 11 min 131 ədəd (-46 %), Yaponiyadan 97,7 milyon ABŞ dolları dəyərində (-37 %) 2 min 151 ədəd (-62 %), Böyük Britaniyadan 91,1 milyon ABŞ dolları dəyərində (+31 %) 1 min 668 ədəd (-2 %), Almaniyadan 80,6 milyon ABŞ dolları dəyərində (-5 %) 3 min ədəd (-31 %), Amerika Birləşmiş Ştatlarından 72 milyon ABŞ dolları dəyərində (+3 %) 7 min 959 ədəd (-5 %) avtomobil alıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Reyunyon adasından tədarük (54,2 min ABŞ dolları dəyərində 3 ədəd) həyata keçirilib.скачать dle 11.3
Mojo.az Banner