Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Vyetnamdan nar almağa başlayıb

25.11.2025 20:28 1 047
Azərbaycan Vyetnamdan nar almağa başlayıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 7,2 milyon ABŞ dolları dəyərində 8 023 ton nar ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 28 % çoxdur.

Azərbaycan Rusiyaya 6,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % çox) 7 096 ton (+27 %), Ukraynaya 360 min ABŞ dolları dəyərində (+38 %) 441 ton (+63 %), Gürcüstana 273 min ABŞ dolları dəyərində (+58 %) 378 ton (+45 %), Qazaxıstana 36 min ABŞ dolları dəyərində (-28 %) 60 ton (-15 %), Birləşmiş Ərəb Əmirliklərinə 27,5 min ABŞ dolları dəyərində 18,3 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

Hesabat dövründə Azərbaycan 146,2 min ABŞ dolları dəyərində (+3 dəfə) 71,23 ton (+3 dəfə) nar idxal edib.

Azərbaycan Rusiyadan 78,4 min ABŞ dolları dəyərində 28 ton (1 il əvvəl tədarük olmayıb), Perudan 26,8 min ABŞ dolları dəyərində (-27 %) 10,7 ton (-27 %), Türkiyədən 24,8 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 20,7 ton (+4,2 dəfə), İrandan 12,9 min ABŞ dolları dəyərində (+22 dəfə) 10,7 ton (+20 dəfə), Cənubi Afrikadan 2,2 min ABŞ dolları dəyərində (-49 %) 0,9 ton (-47 %) məhsul alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Vyetnamdan tədarük (0,2 min ABŞ dolları dəyərində 0,05 ton) həyata keçirilib.скачать dle 11.3
Mojo.az Banner