Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaçmazın həbsdə olan sabiq hərbi komissarı barədə qərar verilib

17.02.2026 15:48 582
Xaçmazın həbsdə olan sabiq hərbi komissarı barədə qərar verilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinə rəhbərlik etmiş və rüşvət almaqda günahlandırılan Rahim Ağayevin məhkəmə hökmündən verdiyi kassasiya şikayəti araşdırılıb.

Median.Az
APA-ya istinadla məlumat verir ki, bu gün Ali Məhkəmədə hakim Zaur Hüseynovun sədrliyi ilə baş tutan iclasda müvafiq qərar elan olunub.

Qəbul edilən qərara görə, şikayət qismən təmin olunub.

Belə ki, təqsirləndirilən şəxsin ittiham olunduğu 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma - bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ittiham aktından çıxarılıb. Təyin edilmiş cəza müddətinə gəldikdə isə, hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmə əsasən, Rahim Ağayev 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Sumqayıt Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma - bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər