Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Pensiyalar nə qədər artırılır? - Rəsmi rəqəm açıqlandı

09.02.2026 18:10 1 143
Pensiyalar nə qədər artırılır? - Rəsmi rəqəm açıqlandı
Azərbaycanda pensiyalar bu il yanvarın 1-dən 9.3 faiz indeksləşdiriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində növbəti mühüm irəliləyişə imkan yaradır.

Sərəncamla ƏƏSMN tərəfindən 2026-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9.3 faiz indeksləşdirilməklə artırılır:

"Bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir.

Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni pensiyaçılar artıq fevral ayının pensiyasını yeni artımla, habelə yanvar ayının pensiyasına edilmiş artım məbləği ilə birgə alacaqlar.

Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və s.), yəni 1.1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb.

Dövlətimizin başçısının sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5.6 faiz indeksləşdirilərək artırılır.

Hər ilin əvvəlində tətbiq edilən bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin pensiya kapitallarının yalnız onların əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil, dövlət tərəfindən də hər il indeksləşdirilərək artırıldığını göstərir".

Son xəbərlər