Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

İcra başçısı işdən çıxarılan Qaradağda yeni təyinatlar

02.02.2026 17:49 597
İcra başçısı işdən çıxarılan Qaradağda yeni təyinatlar
Qaradağ Rayon İcra Hakimiyyətində yeni kadr dəyişiklikləri olub.

Oxu.Az-ın məlumatına görə, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi olmuş Rövşən Pənahlı tutduğu vəzifədən azad edilib. O, icra hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu vəzifəsinə təyin edilib.

Əvvəllər İnformasiya təminatı və təhlil sektorunun müdiri Şamama Ağamuradova isə vəzifəsindən azad edilərək, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.

Bundan başqa icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və bu şöbənin Baş məsləhətçisi Səmayə Şıxəliyeva isə yeni işlə təmin edilməyib.

Məlumatda bildirilir ki, icra hakimiyyətində yeni yaradılan Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda işçilərin sayı artırılıb və daha bir təyinat olub. Belə ki, icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi işləyən Abbas Hüseynov vəzifəsindən azad edilərək Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda məsləhətçi vəzifəsində təyin olunub.

Qeyd edək ki, ötən həftə dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bir gün sonra isə icra hakimiyyətinin Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.

Müvafiq olaraq, həmin şöbələrin müdirləri - Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.скачать dle 11.3
Mojo.az Banner