Mojo.az Banner
11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

İcra başçısı müavinlərini, köməkçisini, baş mühasibi və memarı vəzifələrindən azad etdi

21.01.2026 18:13 474
İcra başçısı müavinlərini, köməkçisini, baş mühasibi və memarı vəzifələrindən azad etdi
Balakən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri həyata keçirilib.

Median.Az
İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb.

Belə ki, icra başçısının birinci müavini Turan Dibirov vəzifəsindən azad edilərək başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Eyni zamanda, icra başçısının digər müavini Nəzakət Rüstəmova da 21 ildir çalışdığı vəzifəsindən kənarlaşdırılıb.

Bundan əlavə, icra başçısının köməkçisi Aydın Xoçberov vəzifəsindən azad olunaraq, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunda məsləhətçi (vətəndaşların müraciətləri üzrə işin aparıcısı) postuna təyinat alıb.

Elxan Murtuzov isə Sektor müdiri - baş mühasib vəzifəsindən azad olunub, o, yeni yaradılan İnzibati işlər sektorunda aparıcı məsləhətçi (mühasib) vəzifəsinə təyin edilib.

Sektor müdiri - baş mühasib vəzifəsi isə vakansiyaya çıxarılıb.

Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova da bu vəzifəsindən uzaqlaşdırılaraq, hüquq və kadr məsələləri sektoruna məsləhətçi təyin edilib.

Sektor müdiri vəzifəsi vakansiyaya çıxarılıb.

Rayonun baş memarı Tahir Rəcəbov da vəzifəsindən azad edilib. Yeni yaradılan Memarlıq-tikinti məsələləri sektorunun müdiri (baş memar) vəzifəsi vakant elan olunub.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nərgiz Hacıxanova da vəzifəsindən azad edilib. Həmin şöbə sektora çevrilib, hazırda sektor müdiri vəzifəsi vakantdır.

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi sektora də çevrilib.

Sektorun müdiri vəzifəsi vakansiyaya çıxarılıb. Əvvəllər şöbəyə rəhbərlik edən Ağa Ağayev isə məsləhətçi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, RİH-də həyata keçirilən struktur dəyişikliyi nəticəsində daha bir neçə nəfər işdən kənarlaşdırılıb.скачать dle 11.3
Mojo.az Banner