Mojo.az Banner
23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |     22:02 Türkiyədə istefada olan kontr-admiral həbs edildi  |     21:59 700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?  |     21:51 Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi  |     21:30 Ali Məhkəmə Trampın müraciətini ikinci dəfə rədd etdi  |     21:17 Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib  |     21:16 Ağdaş sakinlərinin yol PROBLEMİ: Məktəblilər palçıqlı yollarda çətinlik çəkirlər - Video  |     21:13 Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb  |     20:56 İlk elektrikli "Ferrari" rəsmi qiymətindən 62 dəfə baha satıldı  |     20:49 Karxanada ayağı qurğuda qalan kişi öldü  |    
Left Banner
Right Banner

Vəfat edən oğlunun arvadını döyən qadına amnistiya tətbiq olundu

27.01.2026 11:46 630
Vəfat edən oğlunun arvadını döyən qadına amnistiya tətbiq olundu
Şəmkirdə 60 yaşlı qadın vəfat edən oğlunun həyat yoldaşını döyüb.

Hadisə rayonun Qaracəmirli kəndində baş verib.

Kənd sakini, 1966-cı il təvəllüdlü Əfayət Həsənovanın oğlu Şəhriyar 2024-cü ildə ürək çatışmazlığından qəfil vəfat edib. Onun ölümündən sonra qayınana ilə gəlin arasında mübahisələr başlayıb. Əfayət Həsənova oğluna məxsus avtomobili satmaq istəsə də, gəlini buna imkan verməyib. Şəhriyarın ölümündən sonra ona məxsus olan avtomobil həyat yoldaşının adına keçdiyi üçün gəlin avtomobilin satılmasına razılıq verməyib. Nəticədə Əfayət Həsənova qızını da köməyə çağıraraq, gəlini döyməyə başlayıblar.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

Şəmkir Rayon Məhkəməsində cinayət işi araşdırılaraq qərar verilib. Məhkəmənin qərarı ilə Ə.Həsənovaya "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və cinayət işinə xitam verilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner