Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəmkirdə gəlinini öldürməkdə təqsirləndirilən kişi istintaq dövründə vəfat edib

26.10.2023 20:06 849
Şəmkirdə gəlinini öldürməkdə təqsirləndirilən kişi istintaq dövründə vəfat edib
Şəmkir rayonunun Yeni Həyat qəsəbəsində gəlini Səma Qasımovanı ov tüfəngindən atəş açaraq öldürməkdə təqsirləndirilən qayınatası Sahib Həsənov istintaq dövründə vəfat edib.

Bu səbəbdən onun cinayət işinə xitam verilib.

Bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar çıxarılıb.

Belə ki, 1985-ci il təvəllüdlü gəlini Səma Qasımovanı öldürməkdə təqsirləndirilən 1959-cu il təvəllüdlü mərhum Sahib Həsənov oğlu Nicat Həsənovla aralarında ailə-məişət zəminində münaqişə olub. Hadisə baş verən gün oğlu Nicat Həsənovun evdə dolabdakı qabları qıraraq səs-küy saldığını eşidib. O, oğlundan səs-küyün və qab-qacaqları sındırmasının səbəbini soruşub. S.Həsənov həmin vaxt həddən artıq spirtli içki qəbul etdiyi üçün hadisənin nə üstündə və necə baş verməsini, eləcə də mübahisə zamanı onun oğluna, oğlunun da ona nə deməsini xatırlaya bilməyib. Lakin oğlu Nicatla aralarında mübahisənin gərginləşməsi və dava-dalaş həddinə çatması yadında olub. Oğlu Nicatla dava edən zaman ona qarşı daha da aqressiv hərəkətlər etməyə başlayıb. O, Nicatı sakitləşməsi üçün xəbərdar etsə də, Nicat onu eşitməyib. O, evdə olan qoşalüləli ov tüfəngini götürüb oğlu Nicata tərəf atəş açarkən gəlini Səma özünü tüfəngin qabağına atıb. Hadisə nəticəsində Səma Həsənova dünyasını dəyişib.

Sahib Həsənov hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd), 29, 120.2.7(iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

O, bu il Penitensiar Xidmətin müalicə müəssisəsində “sol aşağı ətrafın diz nahiyəsinin irinləyən yarası, fleqmona, septiki toksiki şok” diaqnozu ilə dünyasını dəyişib.

Qeyd edək ki, hadisə 7 avqust 2021-ci ildə Şəmkir rayonunun Yeni Həyat qəsəbəsində baş verib.
//reportскачать dle 11.3
Mojo.az Banner