Mojo.az Banner
23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |     22:02 Türkiyədə istefada olan kontr-admiral həbs edildi  |     21:59 700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?  |     21:51 Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi  |     21:30 Ali Məhkəmə Trampın müraciətini ikinci dəfə rədd etdi  |     21:17 Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib  |     21:16 Ağdaş sakinlərinin yol PROBLEMİ: Məktəblilər palçıqlı yollarda çətinlik çəkirlər - Video  |     21:13 Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb  |     20:56 İlk elektrikli "Ferrari" rəsmi qiymətindən 62 dəfə baha satıldı  |     20:49 Karxanada ayağı qurğuda qalan kişi öldü  |    
Left Banner
Right Banner

Nəhənglərin mübarizəsi: "Google Gemini", yoxsa "Microsoft Copilot"?

26.01.2026 22:47 612
Nəhənglərin mübarizəsi:
Söhbət robotları artıq yalnız suallara cavab vermir, eyni zamanda iş həyatımızı idarə edir. "Google"n tədqiqat dahisi "Gemini" ilə "Microsoft"un ofis köməkçisi "Copilot" arasındakı fərqləri, hər iki sistemin gizli zəif tərəfləri və istifadəçiləri gözləyən risklər araşdırılıb.

Süni intüllükt dünyasında bir zamanlar yeganə seçim olan ChatGPT-nin yanına bu gün texnologiya nəhənglərinin təqdim etdiyi iki güclü rəqib gəlib: "Google" tərəfdən "Gemini" və "Microsoft" kanadından "Copilot". Artıq yalnız sadə suallara cavab verən söhbət robotlarından danışmırıq; bu sistemlər e-poçt yazmaqdan kodlaşdırmaya, mürəkkəb araşdırmalardan verilənlərin təhlilinə qədər hər sahədə böyük köməkçi funksiyası yerinə yetirir.

Aylıq 650 milyon istifadəçiyə çatan "Gemini" ilə 150 milyon aktiv istifadəçini arxasına alan "Copilot" arasındakı rəqabət, istifadəçilərin hansı platformaya üstünlük verəcəyi barədə qarışıqlığa səbəb olur. "Microsoft"un süni zəka bölməsinin rəhbəri belə açıq şəkildə etiraf edir ki, “Gemini 3", "Copilot"un edə bilmədiyi işləri görə bilir, eyni zamanda hər iki nəhəngin özünəməxsus bacarıqları və zəif tərəfləri mövcuddur.

"Gemini": Tədqiqat və məzmun istehsalında lider

"Gemini" xüsusilə tədqiqat və məzmun yaradılması sahəsində ilk ağla gələn adlardan biridir. Bu sistemin ən böyük üstünlüyü "Google" ekosistemi ilə mükəmməl inteqrasiyasıdır. "Gmail", "Sənədlər» və "Drive" ilə sıx işləyən "Gemini", uzun sənədləri xülasələşdirmək və mürəkkəb mövzularda beyin fırtınası aparmaqda çox bacarıqlıdır. 1 milyon tokenlik böyük məlumat pəncərəsi sayəsində çox uzun sənədləri bir dəfəlik təhlil edə bilir. Eyni zamanda yazı yazarkən vizual təhlilləri də daxil edə bilir və təqdim etdiyi məlumatların mənbələrini göstərərək tədqiqatçıların işini asanlaşdırır. "Google" alətlərindən intensiv istifadə edirsinizsə, "Gemini" təbii iş ortağı kimi davranır.

"Copilot": İş bitirici güc

"Copilot" isə diqqəti birbaşa “iş bitiricilik” istiqamətinə yönəldir. "Microsoft 365" paketinin bir hissəsi olaraq "Word", "Excel" və "PowerPoint" kimi tətbiqlərə inteqrasiya edilən bu sistem, bir "Word" sənədini saniyələr içində təqdimata çevirə, mürəkkəb "Excel" cədvəllərindən mənalı analizlər çıxara bilir. Proqramçılar üçün "GitHub"-"Copilot" inteqrasiyası kod yazma prosesini sürətləndirir. Lakin "Copilot"un bütün bu bacarıqları adətən ödənişli abunəliklər vasitəsilə əldə olunur. Bundan əlavə, istifadəçilər "Microsoft" ekosistemindən kənara çıxdıqda sistemin funksionallığının azaldığını və bəzən "Office" tətbiqləri ilə işləyərkən texniki problemlər yarandığını bildirirlər.

Hər iki sistemin zəif tərəfləri

Hər iki platformanın da qaranlıq nöqtələri mövcuddur. "Gemini" istifadəçiləri uzun iş seansları zamanı sistemin birdən “yaddaş itkisi” yaşamasından və ya əvvəlki söhbətləri qəflətən silməsindən şikayət edir. Məxfilik məsələsi də vacibdir və "Google" istifadəçiləri həssas məlumatları sistemlə paylaşmamağa açıq şəkildə xəbərdar edir. Digər tərəfdən, "Copilot" da mükəmməl deyil. "Excel"də səhv formulalar təklif etməsi və texniki problemlər qarşısında yanlış həll yolları göstərməsi istifadəçiləri çətin vəziyyətə sala bilər.

Nəticə

Seçim tamamilə sizin hansı rəqəmsal dünyada daha çox vaxt keçirməyinizdən asılıdır: "Google"un geniş məlumat okeanı, yoxsa "Microsoft"un ofis yönümlü məhsuldarlıq düqnyası?
//valyuta.azскачать dle 11.3
Mojo.az Banner