Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Putin Netanyahu ilə söhbətindən sonra Pezeşkiana zəng edib

16.01.2026 14:56 1 071
Putin Netanyahu ilə söhbətindən sonra Pezeşkiana zəng edib
Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra iranlı həmkarı Məsud Pezeşkiana zəng edib.

Median.Az
-ın TASS-a istinadən məlumatına görə, bunu bu gün brifinq zamanı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Prezident Putin günün birinci yarısını, əsasən, İran ətrafındakı vəziyyətə həsr edib. Bu gün artıq İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı olub, biz müvafiq məlumat vermişik. Ən qısa zamanda sizi İran Prezidenti Pezeşkian ilə telefon danışığının nəticələri barədə də məlumatlandıracağıq", - Peskov deyib.

Onun sözlərinə görə, Kreml İran və Yaxın Şərqdəki vəziyyəti gərgin kimi qiymətləndirir.

Peskov əlavə edib ki, Rusiya İran ətrafında və bütün regionda gərginliyin azaldılmasına kömək etməyə çalışır: "O cümlədən Vladimir Putin də bu məqsədlə səylər göstərir".

"Rusiya bu köməyi təkcə İrana deyil, həm də bütün regiona, regional sabitlik və sülh işinə göstərir", - Peskov qeyd edib.

Son xəbərlər