Peskov: "Rusiya Putin və Əliyev görüşünün nəticələrini yüksək qiymətləndirir"
Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.
"Biz iki prezident arasında Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk. Bu o nöqteyi-nəzərdən vacib görüş idi ki, biz ikitərəfli münasibətlərimizdə həmin səhifəni birlikdə vərəqlədik", - deyə Peskov qeyd edib.
