Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna Radasının sabiq deputatı Almaniyada həbs edildi

05.01.2026 18:35 384
Ukrayna Radasının sabiq deputatı Almaniyada həbs edildi
Ukrayna Ali Radasının sabiq deputatı Almaniyada birjada manipulyasiya ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə Ukraynanın Baş Prokurorluğu rəsmi “Telegram” kanalında açıqlama yayıb. Bildirilib ki, saxlanılan şəxs beynəlxalq axtarışda olub. Prokurorluq onun adını açıqlamasa da, “Strana” nəşri söhbətin Ruslan Demçakdan getdiyini yazıb. O, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun siyasi komandasının üzvü və parlamentin maliyyə komitəsi sədrinin müavini olub.

Rəsmi məlumata görə, 2023-cü ilin avqustunda Demçaka qarşı birjada manipulyasiya və çirkli pulların yuyulmasına yardım göstərmə maddələri üzrə ittiham irəli sürülüb. İstintaqın versiyasına əsasən, o, 2017-ci ildə daxili dövlət istiqrazları ilə əməliyyatlar apararaq süni şəkildə investisiya gəliri əldə edib.

Hazırda Ukrayna tərəfi saxlanılan şəxsin ölkəyə ekstradisiya olunmasını gözləyir.



Son xəbərlər