Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? | 19:09 İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb | 19:07 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu | 16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər |
Mojo.az Avto
Mojo.az Avto

Həccə getmək istəyənlərin nəzərinə - Vizaların verilmə tarixi açıqlandı

03.01.2026 14:21 669
Həccə getmək istəyənlərin nəzərinə - Vizaların verilmə tarixi açıqlandı
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlara çağırış edib.

"Report"un məlumatına görə, QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri xatırladıb ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliyi dünyadakı bütün Həcc missiyalarına qeydiyyat prosedurlarının erkən bitirilməsi üçün ciddi tələb qoyub.

V.Cahangiri qeyd edib ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq:

"Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan qeydiyyata düşsünlər. Ziyarət üçün nəzərdə tutulan kvotadan asılı olmayaraq sənədlərin qəbulu fevralın 15-də bitəcək".

Xatırladaq ki, QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Son xəbərlər