Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkədən qaçan Ramin Axundovun şirkəti nizamnamə kapitalını yarıya endirib

27.12.2025 17:03 573
Ölkədən qaçan Ramin Axundovun şirkəti nizamnamə kapitalını yarıya endirib
Azərbaycanda gəmiçilik şirkəti - "SƏMAYƏ CO LTD" MMC nizamnamə kapitalını azaltdığını elan edib.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, şirkətin 644 700 manatlıq nizamnamə kapitalı 50% azaldılaraq 322 350 manata endirilib.

Qeyd edək ki, şirkət 2004-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vasif Böyükağa oğlu Zərbəliyevdir.

Yeri gəlmişkən bildirək ki, "SƏMAYƏ CO LTD" MMC-nin hazırda dövlətə 124 952.22 manat vergi borcu da var.

Şirkətin əsas fəaliyyəti gəmiçilik, yüklərin daşınması və logistika xidmətlərindən ibarətdir. Hazırda şirkətin balansında 3000, 2000 tonluq neft tankerləri, 2500 tonluq quru yükdaşıyan gəmilər və digər təyinatlı gəmilər mövcuddur. Yüklərin daşınması üçün cari sifariş olmadığından gəmilər icarəyə verilir, gəlir əsasən icarə haqlarından və təsisçinin dəstəklərindən formalaşır.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş "RR Caspi", "Səmayə Co", "Səmayə Logistic" və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

"Səmayə Co", "Səmayə Logistic" və "RR Caspi" rəhbəri Ramin Axundov Premyer Liqada çıxış edən "Araz-Naxçıvan"ın prezidentidir.

R.Axundov istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk edib. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.

Ramin Axundov eyni zamanda Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.

Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüquq fakültəsində ali təhsil alıb.скачать dle 11.3
Mojo.az Banner