Mojo.az Banner
11:51 Ermənistanın dövlət borcu 14 milyard dolları ötüb  |     11:29 Azərbaycanın tanınmış rejissoru vəfat etdi  |     11:25 "Qarğıdalı" əkdi, çətənə çıxdı  |     11:24 İranda benzin iki dəfə bahalaşdı  |     11:16 Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var  |     23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |    
Left Banner
Right Banner

"Ermənistanla delimitasiya davam edir" - Nazir

26.12.2025 22:14 492
Azərbaycan-Ermənistan sərhədlərinin ümumilikdə 13 km-ə yaxın ərazisi delimitasiya olunub.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, burada işlər dayanmayıb, davam edir: “İki ölkənin delimitasiya komissiyaları intensiv şəkildə fəaliyyətdədir. Delimitasiya siyasi proses olsa da, çoxlu texniki detalları var. Ümumi yanaşma barədə razılıq var: şimaldan cənuba bu proses həyata keçiriləcək. Biz bilirik ki, delimitasiya prosesi birdəfəlik deyil, hissə-hissə həyata keçiriləcək. Anklav və eksklavlar məsələsi öz həllini tapacaq. Bunlar hamısı diqqət mərkəzindədir. 2025-ci ildə olan müsbət dinamika delimitasiya prosesinə də öz müsbət impulslarını verməkdədir”.скачать dle 11.3
Mojo.az Banner