Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Simonyan: "Yaxın gələcəkdə Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi delimitasiya olunacaq"

10.12.2025 15:12 768
Simonyan:
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın yaxın gələcəkdə Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsinin delimitasiya olunacağı fikrindədir.

Median.Az
-ın "Armenpress"ə istinadən xəbərinə görə, o, bu açıqlamanı Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir çərçivəsində keçirilən brifinqdə verib.

"Deməliyəm ki, bəzi məsələlərdə biz tələsirik, bəzi məsələlərdə Azərbaycan tərəfi tələsir, amma proses davam edir və mən düşünürəm ki, yaxın gələcəkdə biz sərhədin hansısa hissəsini delimitasiya edəcəyik", - deyə Simonyan bildirib.

O, məhz hansı hissədən söhbət getdiyini deməyib.

Müddətlərə gəldikdə, spiker prosesin gələn ilin birinci rübündə baş tuta biləcəyini ehtimal edib.

Qeyd edək ki, 2024-cü ilin iyun ayında Ermənistan və Azərbaycan delimitasiyanın birinci mərhələsinin başa çatdığını elan ediblər. Birinci mərhələdə Tavuş sektorunda sərhədin 12.6 kilometrlik hissəsi delimitasiya olunub. 2025-ci ilin yanvar ayında Ermənistan və Azərbaycan delimitasiya komissiyaları delimitasiyanın şimal hissədən, Ermənistan Respublikası, Azərbaycan Respublikası və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən, daha sonra cənub istiqamətində, şimaldan cənuba, Ermənistan Respublikası və Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədlərinə qədər davam etdirilməsi barədə razılığa gəliblər.

Ermənistanın baş naziri Nikol Paşinyan tərəflərin 8 avqustda Vaşinqtonda razılıq əldə edildiyi və Ermənistan və ABŞ-nin üzərində birgə işlədiyi TRIPP marşrutunun keçəcəyi hissələrdə delimitasiya işlərini apara biləcələrini istisna etməyib.скачать dle 11.3
Mojo.az Banner