Mojo.az — elanlar
Son Xəbərlər
22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan KİV: "Azərbaycanla sərhədin növbəti delimitasiyası Tavuş istiqamətindən başlayıb"

23.01.2025 15:35 1 746
Ermənistan KİV:
"Ermənistanın Tavuş vilayətindən dünəndən etibarən Ermənistan-Azərbaycan şərti sərhədində delimitasiyanın başlandığı və bir neçə saat ərzində tərəflərin ölçmələr apardığı barədə məlumatlar daxil olur".

Bu barədə "Hraparak" qəzeti yazır.

Nəşr Ermənistanın baş naziri Nikol Paşinyanın regionun qubernatoru Ayk Qalumyanı yanvarın 27-dən fevralın 10-dək məzuniyyətə göndərdiyinə diqqət çəkib.

"Dünən qubernatorun qardaşı, Ermənistanın hakim Vətəndaş Sazişi partiyasından olan deputat Vaqe Qalumyan bəyan edib ki, delimitasiya prosesinin başlayıb-başlamadığını bilmir", - deyə müəllif qeyd edib.

Nəşrdə vurğulanır ki, sərhədlərin delimitasiyası üzrə komissiya ötən həftə heç bir təfərrüat təqdim etmədən prosesin Ermənistanın şimalından bərpa olunacağını bildirib.

İşlərin aparılması prinsiplərinə gəlincə, Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib ki, qərarların necə qəbul edilməsi, necə görünməsi və necə qüvvəyə minməsinin dəqiq göstərildiyi təsdiqlənmiş reqlament var və delimitasiya ilə bağlı bütün suallara bu çərçivədə cavab tapmaq olar.

Xatırladaq ki, 2025-ci il yanvarın 16-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

Tərəflər növbəti mərhələdə dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

Bundan öncə, 2024-cü ilin mayın 24-də Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri rəsmən Azərbaycana geri qaytarılıb. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib.

Son xəbərlər