Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə memorial lövhə ucaldılıb

24.12.2025 22:08 1 044
Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə memorial lövhə ucaldılıb
Bu gün Qroznıda, Ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ucaldılmış memorial lövhənin açılış mərasimi keçirilib.

Bu barədə Median.Az Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir.

Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, AZAL prezidenti Samir Rzayev, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin rəhbəri Qalas Taymasxanov, Çeçenistan Respublikası hökuməti və parlamentinin nümayəndələri, eləcə də yerli Azərbaycan icması iştirak edib.

AZAL prezidenti Samir Rzayev mərasimdə çıxışı zamanı memorial lövhənin ucaldılması qərarına görə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova minnətdarlığını bildirib.

O qeyd edib ki, memorial lövhənin Heydər Əliyev adına parkda ucaldılması dərin simvolik əhəmiyyətə malikdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı dövlətçilik və məsuliyyət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.

S.Rzayev vurğulayıb ki, faciənin xatirəsi, şübhəsiz ki, sülhün, insan həyatının və xalqlar arasında etimadı qorumağın zəruriliyini xatırlatmağa xidmət edəcək. Memorial lövhə humanizm, insani mərhəmət və Azərbaycan–Çeçenistan dostluğunun rəmzinə çevriləcək və burada həmişə sükut, xatirə, ehtiram hökm sürəcək.скачать dle 11.3
Mojo.az Banner