Mojo.az — elanlar
Son Xəbərlər
11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |    
Mojo.az Avto
Mojo.az Avto

AYNA taksilərlə bağlı kvota müəyyən etdi

24.12.2025 18:22 534
AYNA taksilərlə bağlı kvota müəyyən etdi
Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) müəyyən edilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, kvotanın tətbiqi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq, müvafiq məlumatlandırma təmin edilib. Kvota ilə əlaqədar Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları sahəsində icazə və onun əlavəsi (buraxılış kartı) ilə bağlı müraciət ərizələrinin qəbulu 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan tarix və vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq.

Müraciət edən şəxslərdən xahiş olunur ki, ərizələrini müəyyən olunmuş müddətədək elektron sistem vasitəsilə təqdim etsinlər. Göstərilən vaxta qədər daxil olmuş bütün müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.

Müraciət zamanı sistemə yüklənən sənədlərin düzgünlüyü və tamlığının diqqətlə yoxlanılması xahiş olunur. Sənədlərdə aşkar edilən uyğunsuzluqlar müraciətin geri qaytarılmasına səbəb ola bilər. Müraciətin statusunda hər hansı dəyişiklik baş verdiyi halda operativ reaksiya verə bilmək üçün elektron portalda yerləşən şəxsi kabinetin mütəmadi yoxlanılması tövsiyə olunur.

Elektron qaydada təqdim olunmuş müraciətlər yoxlanıldıqdan və düzgünlüyü təsdiq edildikdən sonra icazələr üzrə dövlət rüsumları ərizəçi tərəfindən 5 (beş) iş günü ərzində ödənilməlidir. Müəyyən olunmuş müddət ərzində ödənişlər həyata keçirilmədiyi təqdirdə müraciətlər ləğv ediləcək.

Növbəti ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması kvota sayında yer azad olduqda və növbəlilik gözlənilməklə həyata keçiriləcək. Növbə proseduru ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər