Mojo.az Banner
16:32 Yağış, dolu və sel XƏBƏRDARLIĞI  |     16:26 Bukmekerlər açıqladı: Azərbaycanın final şansı nə qədərdir? (SİYAHI)  |     16:14 Tərtərin bəzi ərazilərində qaz kəsiləcək  |     16:01 Bakıda iş yoldaşını öldürməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb  |     16:00 "Qəbələ" Asif Məmmədova görə 10 min manat cərimələnib  |     15:46 Gürcüstanda yeddi azərbaycanlı gəncin həlak olduğu qəzanın ANBAAN VİDEOSU - ADLAR və TƏFƏRRÜAT (YENİLƏNİB/VİDEO)  |     15:27 Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO  |     15:19 İş adamı Fuad Allahverdiyevi şantaj edən keçmiş həyat yoldaşına AĞIR CƏZA  |     15:01 Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı  |     14:47 Bakıda 11-ci sinif şagirdi məktəbdə xəsarət aldı (Yenilənib)  |     14:37 Ceki Çan Azərbaycana gəlir  |     14:30 Səfərbərlik Xidmətində yenilik: İki rayon şöbəsi ləğv edilib  |     14:22 Prezidentin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadə kimdir? - DOSYE  |     14:18 Bakıda bəzi evlər SÖKÜLƏCƏK: KOMPENSASİYA ÖDƏNİLƏCƏK  |     14:03 Avropadan Azərbaycana qaytarılan şəxslərin SAYI AÇIQLANDI  |     13:11 Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı  |     12:50 İran internet qadağalarını ləğv etməyə hazırlaşır  |     12:30 İlham Əliyev Ağakərim Səmədzadəyə YÜKSƏK VƏZİFƏ VERDİ  |     12:24 Azərbaycan nefti ucuzlaşıb  |     12:10 Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən DANIŞDI - Video  |    
Left Banner
Right Banner

Liseyin 131 min manatını mənimsəyən direktor: "Özümə əlavə dərs saatları yazdırdım"

18.12.2025 12:34 450
Liseyin 131 min manatını mənimsəyən direktor:
Gəncə Ağır Cinayətlər Məhkəməsində Qazax Peşə Liseyinin sabiq direktoru Xudaverdi Xudaverdiyevin cinayət işinin bəzi detalları məlum olub.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən məhkəmə istintaqı zamanı ittiham aktı elan olunub.

İttihama görə, Xudaverdi Xudaverdiyev Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Qazax Peşə Liseyinin direktoru vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən istifadə etməklə qanunsuz əməllərə yol verib.

Belə ki, o, 21 yanvar 2020-ci il tarixli əmrlə sözügedən liseyin direktoru vəzifəsinə təyin edilərək 14 noyabr 2022-ci il tarixədək həmin vəzifədə çalışıb. Xudaverdi Xudaverdiyevə həvalə edilmiş təşkilati-sərəncamverici və inzibati-təsərrüfat səlahiyyətlərindən qulluq mənafeyinə zidd şəkildə istifadə edib. Təqsirləndirilən şəxs vahid niyyət və tamah məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdirməklə dövlət vəsaitlərinin qanunsuz ödənilməsinə nail olub.

İstintaqla müəyyən edilib ki, Xudaverdi Xudaverdiyev 2020/2021-ci tədris ili üzrə faktiki olaraq 21 dərs saatı tədris etdiyi halda, rəsmi sənədlərdə öz adına 460 əlavə dərs saatı rəsmiləşdirib və bu əsasla 2 847.40 manat məbləğində pul vəsaitinin öz adına açılmış bank kartına köçürülməsini təmin edib. Həmin vəsaiti sonradan bankomatlar vasitəsilə çıxararaq şəxsi ehtiyaclarına sərf edib.

Bununla yanaşı, o, eyni üsulla 2020/2021 və 2021/2022-ci tədris illəri üzrə liseyin 39 nəfər müəlliminin adına tərtib edilmiş tarifləşmə cədvəllərinə tədris planlarında nəzərdə tutulmayan və faktiki icra olunmayan əlavə dərs saatları daxil etdirib. Nəticədə müəllimlərin adına açılmış kart hesablarına ümumilikdə 128 207.16 manat məbləğində pul vəsaiti köçürülüb. Həmin vəsaitlər müəllimlər tərəfindən bankomatlardan çıxarılaraq istifadə edilib.

Beləliklə, təqsirləndirilən şəxs öz adına qanunsuz köçürülmüş 2 847.40 manatla birlikdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus olmaqla ona etibar edilmiş 131 054.56 manat pul vəsaitini vahid niyyətlə mənimsəmə və israfetmə yolu ilə talayıb.

İstintaq orqanı hesab edir ki, Xudaverdi Xudaverdiyev bu hərəkətləri ilə dövlət vəsaitlərinin düzgün yönləndirilməsi, təhsil sahəsində əməkhaqqıların qanunvericiliyə uyğun ödənilməsi ilə bağlı fəaliyyətə mühüm zərər vurmaqla yanaşı, rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib və vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Məhkəmə baxışı zamanı Xudaverdi Xudaverdiyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində deyib ki, 1958-ci ildə Sabirabad rayonunun Korlar qəsəbəsində anadan olub, hazırda Xanlıqlar kəndində yaşayır. 2020-ci ilin yanvar ayından Qazax Peşə liseyinin direktoru, ondan əvvəl isə direktor müavini vəzifələrində çalışıb.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, tədris planları onun tərəfindən hazırlanaraq aidiyyəti quruma təqdim edilib, yoxlamalardan sonra əməkhaqqıları müəllimlərin kart hesablarına köçürülüb və jurnallar həmin saatlara uyğun doldurulub. Xudaverdi Xudaverdiyev fəaliyyəti dövründə müəyyən məsuliyyətsizliklərə yol verdiyini, bəzi dərnəklərin maddi-texniki bazasının olmaması səbəbindən sonradan qanunsuz hesab edildiyini bildirib. O, həmçinin özünə əlavə 240 dərs saatları yazdığını, müəllimlər arasında fənn bölgüsü ilə bağlı sonradan qaydaların dəyişdiyini qeyd edib. Bildirib ki, 2023-cü ildən etibarən təqaüddədir.

Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.скачать dle 11.3
Mojo.az Banner