Mojo.az Banner
16:15 Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB  |     16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

Gələn ildən bəzi smartfon modelləri təhlükəsizlik yenilənməsi almayacaqlar - XƏBƏRDARLIQ

17.12.2025 11:56 759
Gələn ildən bəzi smartfon modelləri təhlükəsizlik yenilənməsi almayacaqlar - XƏBƏRDARLIQ
2026-cı ildə "Xiaomi", "Redmi" və "Poco" brendləri altında buraxılmış bir çox smartfon rəsmi istifadə müddətinin başa çatması səbəbindən təhlükəsizlik yeniləmələrini almaq hüququnu itirəcək.

Median.Az
bu barədə "MeNow" portalına istinadən xəbər verir.

"Xiaomi" modelləri arasında ilk olaraq "Xiaomi 12" və "Xiaomi12 Pro" flaqmanları 2026-cı ilin I rübündə təhlükəsizlik dəstəyindən məhrum olacaqlar. "Xiaomi 12X" və "Xiaomi 12 Lite" modelləri 2026-cı ilin martında, "Xiaomi 12T" və "Xiaomi 12T Pro" isə oktyabr ayında yeniləmələri dayandıracaq.

"Redmi Note 12 Pro+ 5G" və "Note 12 Pro 5G" üçün yeniləmələr 2026-cı ilin oktyabrında, "Redmi Note 12 5G" və "Note 12 4G" üçün isə 2026-cı ilin yazında dayandırılacaq.

"Poco" modelləri arasında "Poco F5" üçün dəstək 2026-cı ilin mayında, "Poco X5 Pro 5G" və "Poco X5 5G" üçün isə 2026-cı ilin birinci rübündə başa çatacaq.

Rəsmi dəstək bitdikdən sonra smartfonlar işləməyə davam edəcək, lakin təhlükəsizlik boşluqlarına dair yeniləmələr təqdim olunmayacaq.скачать dle 11.3
Mojo.az Banner